Cəmiyyət

Daşkəsəndə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

18 Mart 2018 20:22
0 Şərh     Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Daşkəsən-Gəncə avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Daşkəsən rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Allahverdiyevn idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb. Nəticədə o, xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, qəzaya yağıntılı hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.