Cəmiyyət

Azərbaycanda ana doğuşda öldü

17 Mart 2018 23:59
17 Şərh     Baxış: 5 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Şəhriyar kənd sakini 1976-cı il təvəllüdlü Abdullayeva Ofelya Cəlal qızı martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub. Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.