Cəmiyyət

Cəlilabadda 11 yaşlı operator var - VİDEO

17 Mart 2018 21:16
1 Şərh     Baxış: 2 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda azyaşlı uşaq yaşına uyğun olmasa da, işinin öhdəsindən layiqincə gəlir. Balaca video-operator kamerasını çiyninə alıb toyları və digər şənlikləri lentə alır. Babasından öyrəndiyi bu sənəti indi təkbaşına yerinə yetirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, cəmi 11 yaşı olsa da, peşəkar video-operatorlardan geri qalmır.

Cəlilabad rayon Sabirabad kəndində yaşayan Hüseyn Həsənovun kiçik yaşlarından kameraya olan marağına doğmaları biganə qalmayıblar. Ona oyuncaq kameralar alınsa da, o, əsl kameralarla çəkiliş aparmağa həvəs göstərib.

Elə buna görə də Hüseynin video-operator olan babası Əbülfət Həsənov bu sənətin sirlərini nəvəsinə erkən yaşlarında öyrətməyə qərar verib.

Hüseyn 9 yaşından etibarən toy şənliklərində sərbəst çəkilişlər aparır. Əvvəllər insanlar onun azyaşlı olduğuna görə çəkilişlərinə şübhə ilə yanaşsalar da, sonradan balaca Hüseynin böyük bacarığını gördükdən sonra onu peşəkar operator kimi qəbul ediblər. Hüseyn deyir ki, şənliklərdə yalnız ucaboylu insanları çəkərkən çətinliklə rastlaşır.

Hazırda 5-ci sinifdə oxuyan balaca kameraman gələcəkdə bu sahənin peşəkarı olmaqla bədii və sənədli filmlər çəkmək niyyətindədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Peşəkar video-operatorlardan geri qalmır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.