Cəmiyyət

Ölkədə 300 subartezian quyusu qazılacaq - VİDEO

17 Mart 2018 21:07
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayonların suvarma suyu və içməli su ilə təminatı yaxşılaşdırılır. Bu il 38 şəhər və rayonda 300 yeni subartezian quyusu qazılacaq. Qazılacaq quyuların əksəriyyəti təmas xəttində yerləşən rayonların payına düşür.

Ölkədə 300 subartezian quyusu qazılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Məmməd Əsədov deyir ki, son 4 il ərzində ölkənin 40 şəhər və rayonunda 1107 ədəd subartezian quyusu qazılıb. Bu il isə 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 300 ədəd subartezian quyusu qazılacaq.

Subartezian quyuların layihələndirilməsi və qazılması üçün 21milyon manat vəsait ayrılıb. Qazılacaq quyuların əksəriyyəti təmas xəttində yerləşən rayonların payına düşür.İşlər Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən həyata keçirilir.

Yaxın vaxtlarda qazıntı işlərinə başlanılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ölkədə 300 subartezian quyusu qazılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.