Cəmiyyət

Məktəb bufetlərinə kim nəzarət edir? - VİDEO

17 Mart 2018 21:04
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəb bufetlərində qidaların keyfiyyəti ilə bağlı davamlı olaraq yoxlamalar aparılır. Hələ ki, ciddi nöqsanlar yoxdur. Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, qidalarla bağlı hansısa neqativ məqamlar aşkar edilərsə Təhsil Nazirliyinin 146 saylı məlumat mərkəzinə məlumat vermək lazımdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, məktəb yeməkxanalarında qida standartlarına necə əməl edilməsi ciddi nəzarətdədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Şahin İsgəndərov bildirib ki, bununla bağlı davamlı olaraq monitorinqlər aparılır.

Aparılan yoxlamaların nəticələri hələ ki, qənaətbəxşdir.

Şahin İsgəndərovun sözlərinə görə il ərzində 3 - 4 dəfə ciddi yoxlamalar aparılır. Yoxlamalar daha çox tədris ilinin əvvəlində və sonunda təşkil edilir.

Sektor müdiri vurğulayıb ki, qida standartlarına əməl etməməyə görə məsuliyyəti xidmət göstərənlər daşıyır.

Əgər məktəb bufetlərində xüsusilə qidalanma ilə bağlı neqativ hal yaşanarsa, o zaman Təhsil Nazirliyinin 146 saylı telefon məlumat mərkəzinə məlumat vermək tövsiyə edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bufetlərə kim nəzarət edir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.