Cəmiyyət

Uşağı diş çıxaranlar MÜTLƏQ oxusun!

20 Mart 2018 19:20
0 Şərh     Baxış: 1 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən körpələrin diş çıxarması, dış ağrıları və diş fırçalamaları ilə bağlı maraqlı məlumatları təqdim edir.

1. Körpələr diş çıxararkən hansı dəyişikliklər baş verir?

- Tüpürcək axıtmaq

- Tüpürcək axıntısına görə çənə nahiyəsində qızartı

- Ağrı

- Narahatlıq

- Yeməkdən imtina etmək

- Qızdırma

- Yuxusuzluq

- Damaqda qızartı, şişkinlik

2. Körpələrin diş ağrısını yüngülləşdirmək üçün nə etməli?

- Körpənizə çeynəyəcəyi, dişlərini qaşıya biləcəyi rezin diş halqası verə bilərsiniz.

- Soyuq içki və yeməklər

- Ağrı kəsici gellər     

- Diş ətinə yüngülcə təzyiq göstərmək

3. Körpələrdə diş fırçalamaq

- Körpənizin dişləri çıxar-çıxmaz sulu və təmiz bir dəsmalla dişlər silinməlidir. 1 yaşdan sonra körpələr üçün nəzərdə tutulan yumşaq çöplü diş fırçası istifadə edilə bilər. Diş pastası yalnız 3 yaşından sonra istifadə edilməlidir.

4. Diş təmizliyi neçə yaşından etibarən edilməlidir?

- 3 yaşdan sonra müntəzəm olaraq diş pastası istifadə edilməli və körpənin ağzı mümkün olduğu qədər aylıq həkim yoxlamasından keçirilməlidir.

5. Körpələrdə görülən önəmli diş problemləri hansılardır?

- Barmaq və əmziyi uzun müddət əmmək:

Bu tip vərdişin olması körpələrin damaqlarında ciddi problemlərə yol açır. 2-2,5 yaşa kimi bu vərdişlərə icazə vermək olar.

- Əmzikdən çox istifadə:

Körpələrin əmziklərlə yatmaq vərdişinin qarşısı alınmalıdır. Əmzikdəki südə bal, şəkər tozu və bəhməz əlavə edilməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.