Cəmiyyət

Yalnız Uca Allah ibadət olunmağa layiqdir

20 Mart 2018 22:20
1 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir insanı maraqlandıran suallardan biri də budur ki, o, nə üçün xəlq olunub?

"Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam". ("Zariyat" 56).

Bu ayə qısa olsa da, bizim bu sualımıza dəqiq cavab verir. Buyurur ki, sənin bəndəlik yolun ubudiyyətdən keçir. Əgər həqiqi Allah bəndəsi olmaq istəyirsənsə, gərək mütləq Allaha ibadət edəsən.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimdə buyurulur: "Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)". ("Həcc" 77).

Bəndə bilməlidir ki, yalnız Uca Allah ibadət olunmağa layiqdir və əgər o da Allaha layiq olmaq istəyirsə, gərək Ona ibadət etsin. Ancaq bu yolla xilas ola bilərsiniz.

Qurani-Kərimdə Allaha ibadətində təkəbbür göstərənlərə buyurulur: "Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər (s) və Qur'an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar)". ("Bəyyinə" 4).

Bu ayədə soruşulur ki, niyə təkəbbür edirsiniz və boynunuza düşən vəzifəni yerinə yetirmirsiniz? Axı sizin səma kitabınızda Peyğəmbərin (s) gələcəyi və əlamətləri bəyan edilmişdir?

Allah Təala dəfələrlə Həzrət Peyğəmbərə (s) buyurmuşdur ki, əgər yəqinə çatmaq istəyirsənsə, heç bir zaman ibadətdən əl çəkmə. Çünki yəqinə çatmağın yolu - ibadətdən keçir. Məsumların (ə) hamısı yəqin əhlidir və bunun də səbəbi ibadətdədir.

Ona görədir ki, İmam Əli (ə) və digər İmamlar (ə) məhz ibadət mehrablarında şəhid olmuşdular.

"Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!". ("Zumər" 17).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.