Cəmiyyət

Qurani-Kərim 1400 il öncə səmada olan dağları tanıtmışdı

18 Mart 2018 23:10
1 Şərh     Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə belə bir ayə vardır: "Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin". ("Nur" 43).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, belə bir sual yaranır ki, görəsən səmada da dağlar mövcuddurmu?

Cavabında deyə bilərik ki, dağların məhz daşdan və torpaqda olması şərt deyildir ki. Lazım deyildir ki, məhz kökləri yerdə olsun. Hər kim təyyarəyə minibsə, yaxşı bilir ki, göyə qalxan zaman təyyarə buludların üzərinə qalxır və əgər pəncərədən baxsaq, buludları dağ halında görə bilərik. Onlar bir-birinin üzərinə yığılmış dağ silsilələri kimi görünərlər.

Qurani-Kərim 1400 il bundan öncə bu məqamı insanlara aydınlatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.