Cəmiyyət

Qurani-Kərimdə İmam Zaman ağaya axar su işarəsi

18 Mart 2018 23:50
3 Şərh     Baxış: 2 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərim buyurur: "De: "Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!"". ("Mulk" 30).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) bu ayə haqqında buyurur: "Bu ayə Həzrət Qaim (ə.f) haqqında nazil olmuşdur".

Buyurur: "Əgər İmamınız qaib olsa və bilməsəniz ki, o, haradadır, kim sizin üçün zahiri imam gətirəcəkdir ki, yerin, göyün, Allahın halal və haramının xəbərlərini sizə versin?".

Sonra buyurur: "Allaha and olsun ki, bu ayənin təfsiri hələ gəlməmişdir, çarəsiz gələcəkdir".

Bəli, bu ayədə suyun təfsiri Həzrət Qaimin (ə.f) müqəddəs varlığına işarə edir. İmamın (ə.f) cəmiyyətdəki rolu - suyun bəşər üçün rolu kimidir.

Necə ki, su - bəşərin həyat mənbəyidir, İmam Zaman ağa (ə.f) da bəşərin mənəvi həyat mənbəyidir.

Su adətən göydən yağar, İmam Zaman ağanın (ə) xəbərləri də göydən gələr.

Su pakizəliyə və çirkin aradan getməsinə səbəb olar. Həzrət Məhdinin (ə.f) qurduğu cəmiyyət də pakizəlik mənbəyi və qəlbləri saf edəndir.

Beləliklə deyə bilərik ki, həqiqətən də İmam Zaman ağa (ə.f) bəşər üçün saf su kimidir. Əgər bu su olmasa, bəşər məhvə doğru gedər və həlak olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.