Cəmiyyət

Bakıda bayram yarmarkalarının elektriklə təmin edilməsinə icazə verildi

14 Mart 2018 22:47
2 Şərh     Baxış: 1 026

Bakıda Novruz bayramı münasibətilə metro stansiyaları qarşısında quraşdırılan yarmarka çadırları elektrik enerjisi ilə təmin edilib.

Bayram yarmarkaları kimi fəaliyyət göstərən çadırlara elektrik enerjisinin verilməsi bir müddət qadağan edilsə də, problem həllini tapıb və çadırlara elektrik enerjisi verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov  faktı təsdiqləyib. Ə.Bağırov bildirib ki, artıq müvafiq qurumlar arasında razılaşma əldə edilib və çadırların hamısına elektrik enerjisi verilib.

Xatırladaq ki, ötən il Novruz bayramı və Yeni il münasibətilə paytaxtda metro stansiyaları qarşısında quraşdırılan yarmarka çadırlarına elektrik enerjisinin verilməsi qadağan edilmişdi. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu çadırlara elektrik enerjisinin verilməsini təhlükəli hesab edərək bunun üçün texniki şərt verməmişdi. Nəticədə yarmarka çadırları xüsusi generatorlarla işıqlandırılırdı.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tovuzlu E · 14 Mart 23:1000

    Ne qeseng de semenilerdi, butulka semenisi de var

    Cavab yaz
  • Anonim
    - · 15 Mart 01:3000

    Evveller bayramlar daha maraqli gelirdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.