Cəmiyyət

Cəlilabadda gənc qızı maşın vurub

14 Mart 2018 22:39
0 Şərh     Baxış: 433

Cəlilabad rayonunun Abdullu kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,"VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən həmin kəndin 1991-ci il təvəllüdlü sakini Quliyeva Əfsanə Ələmdar qızını vurub.

Yaralı avtomobilin sürücüsü tərəfindən dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.