Cəmiyyət

Şamaxıda 2,2 metr uzunluğunda iki gürzə öldürüldü - FOTO

14 Mart 2018 21:41
1 Şərh     Baxış: 3 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub.

Sakinlər bildirirlər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.

Xatırladaq ki, ötən il Ağsu rayonunun Bico kəndi ərazisində də belə bir hadisə baş vermişdi.

Kənd sakinləri dağlıq ərazidə uzunluğu 2 metr 60 santimetr olan nəhəng Qafqaz gürzəsini ov tüfəngi ilə öldürmüşdülər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.