Cəmiyyət

Qubada tənha yaşayan kişinin DƏHŞƏTLİ SONU - VİDEO

14 Mart 2018 21:04
0 Şərh     Baxış: 785

Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, binanın qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Aşağı Atuc kəndində evində yanaraq ölən 69 yaşlı Fazil Əlpaşayev həmin evdə tənha yaşayırmış. Belə ki, spirtli içki aludəçisi olan kənd sakini doğmalarından ayrılaraq balaca taxta evdə yaşamağa başlayıb.

Hadisə isə ilkin ehtimala görə, qısaqapanma nəticəsində baş verib. Əvvəlcə evin tavanı yanıb və damın ağırlığı nəticəsində çökmə baş verib. Dağıntı altında qalan F. Əlpaşayev yanaraq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qubada tənha yaşayan kişinin DƏHŞƏTLİ SONU

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.