Cəmiyyət

Ana və körpəsi doğuş zamanı öldü - VİDEO

14 Mart 2018 21:07
3 Şərh     Baxış: 702

Tovuz rayon mərkəzi xəstəxanasında ana və yeni doğulmuş körpəsi ölüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ağstafaya qohumları gilə qonaq gələn Cəlilabad sakini, 21 yaşlı Aytən Dadaşovanın doğuş sancıları başladığı üçün Tovuzdakı xəstəxanaya çatdırılıb.

Ancaq uşaq dünyaya gələn zaman ölüb. Bir müddət sonra isə ananın vəziyyəti pisləşib. Göstərilən tibbi yardıma baxmayaraq Aytən Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.

Xəstənin yaxınlarının bildirdiyinə görə bu, qadının ilk hamiləliyi olub. Aytən Dadaşovanın və körpəsinin ölüm səbəbi hələlik bilinmir.

Tovuz rayon mərkəzi xəstəxanasından baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ana və körpəsi doğuş zamanı öldü

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ucarlı · 14 Mart 21:3600

    Çox üzüldüm. ALLAH rehmet elesin. Mende ikinci emeliyyetim zamani həkim səhlənkarlığı ucbatından bir daha ana ola bilmeyecem

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 Mart 22:5100

    Can yazıq qız.

    Cavab yaz
  • Anonim
    SEVİL · 15 Mart 07:0100

    Allah sənə kömək olsun ,Ucarlı ..Üzülmə( Ölənlərin yaxınlarına ,sevənlərinə ancaq və ancaq səbr arzulamaq qalır (

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.