Cəmiyyət

Gəlini döyüb saçını qırxdılar – Namus cinayəti

14 Mart 2018 21:03
8 Şərh     Baxış: 3 554

Samux rayonunda qısqanclıq zəminində qızını öldürməyə cəhddə təqsirli bilinən 1955-ci il təvəllüdlü Famil Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

İttihama görə, hadisə 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə baş verib. 1988-ci il təvəllüdlü İlahə Pənahovanı qayınanası və əri başqa bir kişi ilə görüşərkən tutublar.

Gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynanası və əri tərəfindən döyülüb, saçı qırxılıb. Sonra isə İlahə Pənahova atasının zorakılığına məruz qalıb.

Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Famil Məhərrəmova qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat verilib. O, qızının yaşadığı Ziyadlı kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb.

İlahə Pənahova həqiqətən nalayiq əməllərlə məşğul olduğunu atasına etiraf edib.

Bundan sonra qızını Nəbiağalı qəsəbəsindəki evinə gətirən Famil Məhərrəmov əvvəl küt alətlə ona xəsarət yetirib, daha sonra onu boğaraq öldürmək istəyib.

Ancaq Famil Məhərrəmov qızı İlahə Pənahovanı müəyyən səbəblərdən öldürə bilməyib.

Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İlahə Pənahovanın əri Gəncə Dəmiryol İdarəsində işlədiyindən həmin gün növbədə olub.

Famil Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Famil Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Emmaa · 14 Mart 21:1461

    XEYANETIN BEDELI AGIR OLUR EGER HEQIQETIRSE UTANMADAN ETIRAFDA EDIB....QADINA YARASAN HEREKET DEYL AXI ...ERLI OLA OLA

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 14 Mart 21:1421

    Bes erle qaynana niye hebs edilmeyib

    Cavab yaz
  • Anonim
    From_Ucar · 14 Mart 21:2332

    Bunu necə etiraf edib başa düşmürəm Ağsaqqal daha oldureydinde belə qadinin heyatda olmağının heç kimə faydası yoxdur.

    Cavab yaz
  • Anonim
    IMF · 14 Mart 21:3452

    Bele qadinlari oldurmek yox shikest elemek lazimdi.Omur boyu vicdan ezebi cekerek yashasin

    Cavab yaz
    • Anonim
      alsu · 14 Mart 22:3312

      bele exlaqsizlarin qicini qolunu wikest etmek lazimdir evin bir kuncunde qalsinlar o birilere de ders olsun

      Cavab yaz
  • Anonim
    */* · 15 Mart 00:3440

    Axmaq iw tutub bowayin getsin,onsuzda gezdiyi onu alasi deyil.O da agli gelecek bawina.Yoxsa ki elemeyibler tenbellik,heresi alib eline bir qaycini,duwubler gelinin canina.Hele kenardan cepik calanlara baxe.Ancaq ele iwleri doyeyin,wil-wut edeyin,parcalayagin.Hec deyen yoxduye,gelin arawdiraq,gorek nedi,ne deyil.Her nedi,yene de qadindi,insandi,adam oldurmeyib,kimise zorlamayib,gucunuzu gosterirsiz gucsuz qadin ustunde?!

    Cavab yaz
  • Anonim
    рза · 15 Mart 03:1430

    bilib bilmeden o, yazig gadinin arxasiyla me geldi deyirik eger tegsiri yoxdursa belkede gaynanasi ser atib azdirmi by cur hadiseler

    Cavab yaz
  • Anonim
    Konka · 16 Mart 01:2400

    Kisiler xeyanet edende hec bir sey eden olmur onlara.hetta zamanla bagisliyirlar ama qadin sehv eden kimi here bir terefden olmayan seyleri de ustune atirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.