Cəmiyyət

Bir kəndə ildırım kimi düşən faciə: “Ata-anasını öpmədən evdən çıxmazdı”

13 Mart 2018 23:46
8 Şərh     Baxış: 5 909

Müşfiq ailənin tək oğul övladı olub. Üç bacının tək qardaşı, ata-anasının ümidi idi. Atası bu yaxınlarda evləndirəcəkdi. Bütün arzuları ürəklərdə qoyub getdi.

Söhbət dünən Şabranda baş vermiş intihar hadisəsindən gedir. Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu elə atasının gözü qarşısında özünü güllələyərək öldürüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Gəndoba çatanda Müşfiq artıq dəfn olunmuşdu. Onun ölümü sevənlərini yasa boğmuşdu. Qonşular da hadisənin şokundan çıxa bilməmişdilər.

Bizi kəndin icra nümayəndəsi Cavanşir müəllim qarşıladı. Müşfiqin atasının və anasının gecə səhərə qədər yatmayıb ağladıqlarını, ruhi sarsıntı vəziyyətində olduqlarını deyərək, onların bu hadisə ilə bağlı danışmaq iqtidarında olmadıqlarını və jurnalistlərlə görüşmək istəmədiklərini dedi. Anlayışla qarşıladıq. Ailənin faciəsini başa düşür, övlad itirməyin acısını dərk edir, hörmətlə yanaşırıq.

Cavanşir müəllim deyir, Müşfiq elə-belə oğul deyildi: "Çox tərbiyəli, gənclərə nümunə idi. Ata-anasını öpmədən evdən çıxmazdı. Mehriban idi. Ali təhsil almasa da, yüz ali təhsilliyə dəyərdi. Ağıllı uşaq idi. Pul desəm? Müşfiqin işləməyə belə ehtiyacı yox idi. Mənsur kişinin bütün malı-mülkü Müşfiqin idi".

Müşfiqdən danışdıqca Cavanşir müəllimin gözləri yaşarır.

"Bəs bu gənci canına qəsd etdirən səbəbi nədir?" sual qarşısında Cavanşir müəllim də aciz qalır. Əllərini göyə açıb çiyinlərini çəkir:

- Allah bilir... Müşfiqin nəyi çatışmırdı ki? Hər şeyi vardı.

- Sevdiyi qız vardı?

- Bilmirəm, qızım, bilmirəm.

İlkin məlumata görə, Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Doğum gününü qeyd edəndən sonra evdəki ov tüfəngini başına dirəyən Müşfiqi atasının yalvarışları da fikrindən döndərə bilməyib. Yaşlı adam gözünün ağı-qarası tək oğlunu dilə tutsa da, Müşfiq atasının gözü önündəcə özünə atəş açıb. Yerindəcə keçinən gənc ölməmişdən əvvəl atasında halallıq da istəyib.

Ata-anasını sevən, kənd camaatının diliylə desək, sakit, tərbiyəli, böyük sözü eşidən bu gənci özünü öldürməyinə vadar edən səbəb nə olub?

Bunu zaman və istintaq aydınlaşdıracaq. Bizə isə bu məsum gəncin ruhuna dua etmək qalır. Allah rəhmət eləsin...

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    ? · 14 Mart 00:1730

    Allah sən saxla. Bu nə dəhşətdir?(((

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 14 Mart 00:5120

    Dehşet...ataya bundan ağır zerbe ne ola biler? Yazıq valideynler,heyf cavan canına.allah rehmet etsin,Allah günahlarını bağışlasın.amin

    Cavab yaz
  • Anonim
    sokrat · 14 Mart 00:5920

    Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    1.00 · 14 Mart 01:0030

    Allah gunahlarini baqislasin.Amma ata-anasinin illernen ,onun ustunde cekdiyi eziyyetleri bir anda yere vurub,onlari yandirib yaxib, cox dehsetli hadisedi atanin gozu qarsisinda ele facieli olumun olmasi. belke de sevdiyi qiza gore edib, axir ki,sebebsiz hec ne yoxdu

    Cavab yaz
  • Anonim
    */* · 14 Mart 01:5031

    Bedbext etdi ana-atani.Daha onlarin yawamaqlari ile yawamamaqlarinin ferqi yoxdu.Belke wantaj olunub,indi o qeder oxuyuruq ki,axmaq iwler etdirirler camaata,sonra cekirler nesilsizler.Her neise cox pis oldum tek ogul,ozu de bu cur olum secib ozune,ata anani diri diri yandirib.

    Cavab yaz
  • Anonim
    Esi · 14 Mart 08:2520

    Allah rehmet elesin.ruhu wad olsun.mekani cennet olsun...nese var bir problem yeqin hec kim bu olmeyi gozunun onune getirmez

    Cavab yaz
  • Anonim
    konul · 14 Mart 09:4810

    yaziq valideyinler Allah rehmet etsin ((((((((

    Cavab yaz
  • Anonim
    asi · 14 Mart 09:5730

    Səbəbsiz intihar olmazki..Mütləq ki, bir səbəbi olub..Bəlkə də heç kimin bilmədiyi bir səbəb..Ancaq intiharın səbəbləri həmişə çox bəsit bir şey olur, ömrün bir saatına belə dəyməyəcək qədər bəsit və cılız..Heyif gəncdən...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.