Cəmiyyət

Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

13 Mart 2018 23:41
1 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na dəyişikliklər edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası siyahıya əlavə edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə" bölməsindən sonra "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə" bölməsi əlavə edilib.

Qərara əsasən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üzrə" bölməsinin 2-ci hissəsi ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.