Cəmiyyət

Bakıda bu küçələrə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

13 Mart 2018 21:54
1 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıacaq

Milli.Az "Report"a istinadən bildirir ki, paytaxtın Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 14, 15, 16-da saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.