Cəmiyyət

Şirvanda qohumlar bıçaqlaşdılar

13 Mart 2018 21:48
0 Şərh     Baxış: 405

Şirvanda qohumlar bir-birinə bıçaq xəsarətləri yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Şirvan şəhəri Bayramlı qəsəbə sakinləri 30 yaşlı Qəniyev Vətən Vaqif oğlu və qohumu 2000-ci il təvəllüdlü Fətəliyev Murad Barat oğlu arasında yaranmış münaqişə nəticəsində baş verib. Məlumata görə, qohumlardan biri kürəyindən, digəri isə ayağından bıçaq xəsarəti alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına ciddi təhlükə olmadığı bildirilir.  

Faktla bağlı polis araşdırmalara başlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.