Cəmiyyət

6 növ qurdun ocaqları aşkarlandı - CİDDİ TƏHLÜKƏ - VİDEO

13 Mart 2018 21:22
0 Şərh     Baxış: 3 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqları aşkarlanıb. Zoologiya instutunun əməkdaşlarının cənub bölgəsində apardıqları araşdırmalar nəticəsində insana yoluxma ehtimalı böyük olan 2 qurd növü tapılıb. Bu qurdlar əsasən ev heyvanları vasitəsilə insana keçir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanın cənub bölgəsində insanların sağlamlığına ciddi təhlükə törədə biləcək 2 yeni qurd növü aşkarlanıb. Zoologiya İnstutunun əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində bu bölgədə ümumilikdə 6 yeni qurd növü müəyyən edilib ki, onlardan 2-si insan bədənində də yaşaya bilir.

İnstitutun şöbə müdiri Vüsalə Nərimanovanın sözlərinə görə, bu qurdlar əsasən gəmiricilərdə formalaşır və onların vasitəsilə yayılır.

Bu qurdlar insanlara əsasən ev heyvanları vasitəsilə keçə bilər və həmin insanlarda bəzi simptomlar müşahidə edilir.

Mütəxəssislər bu və buna bənzər qurd xəstəliklərindən qorunmaq üçün xüsusilə it və pişik kimi ev heyvanları ilə az təmasda olmağı və gigiyenik normalara əməl etməyi məsləhət görürlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
6 növ qurdun ocaqları aşkarlandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.