Cəmiyyət

İcra başçısından Bayılda sakinlərə veriləcək kompensasiya ilə bağlı AÇIQLAMA - VİDEO

13 Mart 2018 21:13
0 Şərh     Baxış: 981

Bayıl sürüşmə sahəsində tikilən 98 evdən yalnız birinin sənədi olub. Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sakinləri ilə görüşdə deyib. O bildirib ki, həmin ərazidə evlərin qanunsuz tikintisinə icazənin verilməsi ilə bağlı artıq Bakı Şəhər Prokurorluğuna müraciət edilib. İcra başçısı deyib ki, mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bu alim və mütəxəssislərin rəyindən asılı olacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Ən qısa zamanda həmin ərazidən köçürülən sakinlərə veriləcək kompensasiyanın məbləği açıqlanacaq. Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib.

Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədinin olduğunu deyən Eldar Əzizov qeyd edib ki, həmin ərazidə evlərin qanunsuz tikintisinə icazənin verilməsi ilə bağlı artıq Bakı şəhər prokurorluğuna müraciət edilib.

Eldar Əzizov bayılda yaşayan sakinlərin işıq və qazın verilməsi tələbinə də münasibət bildirib. Qeyd edib ki, həmin əraziyə işıq və qazın verilib-verilməməsi yalnız alimlərin apardığı araşdırmadan sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İcra başçısından Bayılda sakinlərə veriləcək kompensasiya ilə bağlı AÇIQLAMA

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.