Cəmiyyət

Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var - VİDEO

13 Mart 2018 21:14
0 Şərh     Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda yüksək sürət qəzaya səbəb olub. 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb.

Salyanda baş verən avtomobil qəzada 2 nəfər dünyasını dəyişib. Hadisə rayonun Peyk kəndində baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində 50 yaşlı Kəklik Şirəliyeva və onun oğlu, 31 yaşlı Ruslan Şirəliyev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gəlmiş xilsaetmə qurupunun əməkdaşları tərəfindən yaralılar və dünyasını dəyişənlər deformasiyaya uğramış avtomobildən çıxarılıblar. Yaralanan 57 yaşlı Şərifə Kərimova və 35 yaşlı Pərviz Qaraxanov Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Şirvan şəhərində isə mikroavtobusla yük maşını toqquşub. hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Salyanda ağır qəza: 2 ölü, 2 yaralı var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.