Cəmiyyət

Azərbaycan beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib

13 Mart 2018 17:24
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmiz diplomatik paytaxt statusu qazanıb

Milli.Az olaylar.az-a istinadən yazını təqdim edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasətində ciddi uğurlara imza atıb. Ölkəmizin inkişaf səviyyəsi xarici dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığa imkan yaradıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bütün sahələr üzrə qarşılıqlı hörmət şəraitində əməkdaşlıq edir. Daha dəqiq, Azərbaycanın dünyanın 150-dən artıq ölkəsi ilə iqtisadi və ticarı əməkdaşlıq etməsi onun beynəlxalq imicinin nə qədər artdığını təsdiq edir. Qətiyyətlə demək olar ki, Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilib. Beynəlxalq təşkilatlarda Azərbaycana olan etimad bunun göstəricisidir. Doğrudan da dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğur idi. Məhz bu uğurun nəticəsidir ki, hazırda regionda Azərbaycanın rəyi nəzərə alınmadan heç bir addım atılmır.

O da sirr deyil ki, Azərbaycanın mötəbər beynəlxlaq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin siyasi çəkisini artırır. Azərbaycanda qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri), regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa), iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri, iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm məsələlərin müzakirəsinin özü dünya ölkələri üçün etibarlı məkan kimi dəyərləndirlir. Təsadüfi deyil ki, siyasi ekspertlər Azərbaycanın artıq dünyada müçahidə olunan qlobal məsələlərin müzakirə olunduğu məkana çevrildiyi qənaətindədirlər. Azərbaycanda keçirilən Qlobal Bakı Forumlarında dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlərin müzakirəsi Azərbaycanın dünyaya açıq olması anlamına gəlir. Eyni zamanda, ölkəmizdə hökm sürən milli və dini tolerantlıq, dayanıqlı iqtisadi inkişaf və insan hüquqlarının təminatı dünya ölkələri üçün bir örnəyə çevrilir. Əks halda beynəlxalq ictimaiyyət Qlobal Açıq Cəmiyyətlər Forumunun dörd dəfə ölkəmizdə keçirilməsini tədqir etməzdi. Son illər ərzində Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət yürüdür. Bu o səbəbdən mümkün olur ki, Azərbaycanda iqtisadi müstəqillik tam şəkildə təmin edilib, Azərbaycanın heç bir ölkədən iqtisadi asılılığı yoxdur. Bu amillər, xüsusən Azərbaycanın hərbi və iqtisadi gücü, eləcə də dünyada artan nüfuzu imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətini davam etdirsin.

Millət vəkili Zahid Oruc bildirib ki, təkcə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, görüşlər ölkəmizin nüfuzunun göstəricisidir. Ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakı görüşünü bəziləri bunu təsadüf adlandıra bilərdilər. Lakin ondan sonra NATO-nun yüksək çinli nümayəndəsi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüş üçün Bakını seçməsi sübut edir ki, Azərbaycanın beynəlxalq məkanda etibarlı bir siyasi imici formalaşmaqdadır: "Bu fakt onu göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır. Bu, sadə və asan bir məsələ deyil. Çünki müxtəlif vuruşan tərəflər üçün bərabər məsafələrin saxlanması kiçik coğrafiyalar üçün çətindir. Biz ötən illər ərzində münaqişələri kürükləməməmişik. Əksinə, daha çox tərəflərin yaxınlaşmasına çalışmışıq. Yaxın tariximizə nəzər salanda deyə bilərik ki, ABŞ-la İran arasında vəziyyət gərginləşəndə biz hansısa tərəfin forpostuna çevrilmədik. Həmçinin, 2015-ci i ldə Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsinin vurulandan sonra bu ölkələrin arasında münasibətlər kəskinləşmişdi. Məhz Azərbaycan tərəfi onların münasibətələrinin normallaşması üçün vasitəçilik etdi və müsbət nəticə əldə olundu. Deməli, bu illər ərzində Azərbaycan bu regionda müstəqil məkan formalaşdırmaq imkanı qazanıb ki, heç bir tərəf tərəddüd etmədən bu məkanı görüş yerinə çevirir". Onun sözlərinə görə, Azərbaycan tərəflərə danışıqlar meydanı verməklə, əslində beynəlxalq müstəvidə sülhə töhfə verməyə çalışır: "Biz həm də burada seçilən mövzuların düzgün nəticə verməsində maraqlıyıq. Azərbaycan çox maraqlıdır ki, dünyada baş verən hadisələrlə bağlı məhz Bakıda razılıq əldə olunsun. Ən önəmli məsələ odur biz çox arzulayırıq ki, Bakıda kompromislər tapılsın və qərarlar beynəlxalq məkanda vəziyyətə təsir eləsin. Biz istəyirik ki, tərəflər Bakıdan nəticə ilə qayıtsınlar. Həmçinin, biz arzu edirik ki, tərəflər arasında belə görüşlər Qarabağ məsələsi ilə bağlı keçirilsin və nəticə əldə olunsun. Azərbaycan beynəlxalq məkanda diplomatik ünvana çevrilirsə buna sevinmək lazımdır və bu mövqeyi gələcəkdə daha da gücləndirməliyik. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan qitələr, regionlar, sivilizasiyalar və dinlərlərarası bir körpüyə çevrilir". O da etiraf edilməlidir ki, Azərbaycanın hərbi qüdrəti və ortaya qoyduğu qətiyyətli mövqe beynəlxalq güclərin Qarabağ probleminin həllində ciddi addımlar atmasını zəruri edib. Həmçinin Azərbaycanın hərbi qüdrəti sübut etdi ki, heç də məğlub dovlet deyil. Aprelin 5-nə kimi çəkən müharibədə düşmənə və onun havadarlarına ciddi mesaj verildi və ordumuz tam üstünlüyü ələ aldı. Ordu və xalqın birliyi düşmən və onun havadarlarını ciddi şəkildə pat vəziyyətinə qoydu. Nəticədə Azərbaycan ordusunun qüdrəti diplomatiyanı işə saldı. Bu isə Azərbaycanın hərbi qüdrətinin göstəricisi kimi qəbul edilmlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.