Cəmiyyət

"Mətbuat Şurası Prezidentin tövsiyyələrinin gerçəkləşdirilməsinə səy göstərəcək"

13 Mart 2018 13:18
Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Jurnalistlərin 7-ci qurultayının sonunda qurultay adından qətnamə qəbul edildi. Bu qətnamə, Mətbuat Şurasının gələcək fəaliyyəti üçün istiqamətləri müəyyən edir".

Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.

M.Ələsgərlinin sözlərinə görə, qətnamədə ölkə jurnalistlərinin sosial-iqtisadi durumlarının, rifah hallarının inkişaf etdirilməsindən başlamış, onların təhsil prosesinin təkmilləşdirilməsinə, peşəkarlaşdırılmalarına, KİV qurumlarının maddi-texniki bazalarının, maliyyə gəlirlərinin artırılmasına, reklam işinin qurulmasına, söz, ifadə azadlığnının inkişaf etdirilməsinə, informasiya qanunvericiliyinin təkmilləşdirilməsinə qədər bütün sahələr əks etdirilib: "Mətbuat Şurası gələcək fəaliyyətində bu istiqamətlərdə nailiyyətlər əldə edilməsinə çalışacaq. Qurultayda diqqət çəkən məqamlardan biri də dövlət və hökumət nümayəndələrinin ali tədbirdə iştirak etməsi oldu. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin təbriklərini çatdırdı. Həmin təbrik məktubunda Prezidentin həm Mətbuat Şurasına, həm də ölkə jurnalistlərinə yönəlik tövsiyyələri yer almışdı. Bildirilirdi ki, "dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək". İnanıram ki, Mətbuat Şurasının İdarə Heyətinə seçilmiş şəxslər gələcək fəaliyyətlərində cənab Prezidentin bu tövsiyyələrinə gerçəkləşdirməyə, onun inamını doğrultmağa nail olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.