Cəmiyyət

Builki Novruz təqvimi bir də 2035-ci ildə təkrarlanacaq

13 Mart 2018 07:52
8 Şərh     Baxış: 7 564

"Azərbaycanda bu il olduğu kimi ilaxır çərşənbə ilə Novruz bayramının eyni günə təsadüf etməsi sonuncu dəfə 2001-ci ildə baş verib. Bu hadisə bir də 2035-ci ildə qeydə alınacaq".

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib.

X.Mikaylovun sözlərinə görə, Novruz çərşənbələri müəyyənləşdirilərkən yaz fəslinin ölkəyə gəliş tarixi mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda axır çərşənbə bayramdan 6 gün əvvələ keçirilir.

Mütəxəssis bildirib ki, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir: "Bu halda ilaxır çərşənbənin tarixi 6 gün əvvələ çəkilir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur".

X.Mikayılov əlavə edib ki, 2035-ci ildə də yaz fəslinin gəlişi gecə saat 23 radələrində baş verəcəyi üçün ilaxır çərşənbə ilə bayram günü tam olaraq, üst-üstə düşəcək.

Qeyd edək ki, bu il fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yel, martın 20-də ilaxır çərşənbə olacaq. Bu il yaz fəsli ölkəyə martın 20-də saat 20:15:30-da gələcək.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    $.$.$. · 13 Mart 07:5790

    Yel cərşənbəmiz mubarək olsun. sufrələrimiz dolu xoncalı şəkərbura paxlava qoqallı qırmızı yumurtalı olsun. nənələrimizin qovurduqu qovurqa qovudun ətri hər yana yayılsın. bayram halvaları calınsın . Səmamız aydın və Gunəşli olsun ! Amin amin amin!

    Cavab yaz
  • Anonim
    Nurbanu · 13 Mart 09:0970

    insallah.xeyirli,ruzi_bereketli bol il olsun.amin.insallah novbeti çersenbelerimizi,bsyrsmlarimizi

    Cavab yaz
  • Anonim
    Nurbanu · 13 Mart 09:1090

    Qarabagda,Susada diger isgal altinda olan torpaqlarumizda kecirek.amin Ya Rebbim

    Cavab yaz
  • Anonim
    Gunel · 13 Mart 10:3250

    Allah hamiya can saqliqi versin bu teqvimi birde yasamaqa amin. Menim 48 yasim olacaq yeqin qaynana nene olacam onda xi xi qocaliriq artiq

    Cavab yaz
    • Anonim
      Vicay · 13 Mart 12:3730

      Bayraminiz mubarek. Amin hamiya nesib olsun. Ama cox da o yawi fikirlewmein. Genclik cavanliq bawqa weydi)))

      Cavab yaz
  • Anonim
    4444 · 13 Mart 11:0840

    Allah nesib etsin insaAllah onda da qeyd edim/ailem ve sevdiklerim yanimda olsun insaALLAH/balamin o zaman 18 yasi olacaq insaAllah/

    Cavab yaz
  • Anonim
    Ahu · 13 Mart 11:1240

    Butun xalqimin novruz bayrami mubarek. Allah hamiya cansagligi, bol ruzi bereket, xosbext gunler, sagliqli balalar nesib etsin. En esasi novruzunu soyuq sengerde keciren esgerlerimizi ilahi qanadinin altinda saxlasin. Bayramin mubarek menim ata evezim qardasim allah senin timsalinda olan butun vetenin kesiyinde duran ogullarimizi qorusun. Bayramimiz mubarek.

    Cavab yaz
  • Anonim
    Ahu · 13 Mart 11:1350

    Butun xalqimin novruz bayrami mubarek. Allah hamiya cansagligi, bol ruzi bereket, xosbext gunler, sagliqli balalar nesib etsin. En esasi novruzunu soyuq sengerde keciren esgerlerimizi ilahi qanadinin altinda saxlasin. Bayramin mubarek menim ata evezim qardasim allah senin timsalinda olan butun vetenin kesiyinde duran ogullarimizi qorusun. Bayramimiz mubarek.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.