Cəmiyyət

Qəlbin pasının materialı nədən olur?

14 Mart 2018 21:45
2 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürək ki, bağlanar, yaylaqda olan mədən sularına bənzəyər. Özlüyündə bu su, saf və şəffafdır. Uzun illlərdir ki, qaynayır, daşları və çınqılları da şəffafdır. Ancaq suyun axını güclü olduğu üçün daşları bir-birinin üstünə yığar. Nəticədə tarlaya gedən su yolunun qarşısını bağlayar. Tarladakı məhsul quruyar və elə suyun özünün də yolu bağlanar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qəlb qıfılı da bu cürdür. Əvvəl qabar bağlayar. Get-gedə çirklənər. Bu çirk də qəlbin yolunu bağlayar. Bu çirk haqqında Qurani-Kərim də söz açmışdır. "Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır". ("Mütəffifin" 14).

O işləri ki, görürlər, o sözləri ki, deyirlər, o yeməkləri ki, yeyirlər, o baxışları ki, edirlər, getməli olmamalı yerə gedirlər - bunların hamısı həmin o çirkdir. Bunlar - qəlbin pasının materialıdır.

O zaman ki, şəffaf bir ayna çirklənər - artıq heç bir şeyi göstərməz. Bu çirk - aynanın qıfılıdır.

Qəlbin qıfılı isə günahdır. Qəlbi qıfıllanmış insan Qurana yaxın olmaz və onun ayələri barəsində düşünməz. Bu səbəbə görə də Quran buyurur: "Belə isə məgər onlar bu Qur'an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik)qıfılları vurulmuşdur?". ("Muhəmməd (s)" 24).

Məlum olur ki, o kəs ki, Qurana yaxın olmaz, onu oxumaz və onun ayələri haqqında təfəkkür etməz - qəlbi bağlı və qıfıllı olar. Əlbəttə də, bu qıfılın açarı vardır ki, o da tövbədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.