Cəmiyyət

Hədiyyə verərək sevginizi gücləndirin

14 Mart 2018 23:45
1 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimiz kişiləri həmişə həyat yoldaşına öz sevgilərini bildirməyi və dillərində bəyan etməyi tövsiyə etmişdir. Hətta Peyğəmbərimiz (s) buyurmuşdur ki, nə zaman kişi qadına desə ki, mən səni sevirəm - bu söz heç bir zaman o qadının ürəyindən çıxmaz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaddan çıxartmayın ki, sevgini dilə gətirmək dostluq və ülfət bağlarını möhkəmləndirər və bu ağacdan güclü meyvələr əmələ gələr.

Kişilərin qadınlarına hədiyyə almaq mövzusu bir qədər qarışıq məsələdir. Belə ki, bəzi kişilər ifrat və təfrit etməyərək, belə düşünürlər ki, qadın üçün ən böyük hədiyyə mənəvi hədiyyədir: "Mən həyat yoldaşımı sevirəm və ona hörmət edirəmsə, bu, elə onun üçün kifayətdir. Maddi hədiyyənin heç bir rolu yoxdur".

Ancaq bu əqidədə olan kişilərə demək istəyərdik ki, onlar səhv edirlər. Çünki qadın lətif və həssas varlıqdır və o, bir gül kimidir. Bu gülün solmaması üçün onu qorumaq, torpağını yumşaltmaq və yarpaqlarını silmək lazımdır. Bəzən də onu daha gözəl və daha böyük qaba köçürtmək lazımdır.

Hədiyyə elə bir amildir ki, insanlarda sevgi hissini gücləndirər və kini aradan aparar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə küslükləri aradan aparar və keçmiş kinləri və düşmənçilikləri aradan aparar".

Allah Təala bizlərə bu həqiqətləri dərk etməyi nəsib etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.