Cəmiyyət

Salavatın xilasedici xüsusiyyəti

14 Mart 2018 22:10
0 Şərh     Baxış: 1 121

Günahı pak edən saleh əməllərdən biri də salavatdır. İmam Rza (ə) bu haqda buyurur: "O kəsin ki, günahlarının məhv olmasına və bağışlanmasına səbəb olan şeyə bacarığı yoxdursa, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərsin. Çünki salavat günahları məhv edər və kökündən çıxardar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hadi (ə) buyurur: "Çoxlu salavat, günahın kökünü insan varlığından qopardar. Əgər Allah eləməmiş, həsəd qeybət etməyə səbəb olar, əgər lovğalıq və təkəbbür bais olar ki, insan başqalarını təhqir etsin, çoxlu salavat - lovğalıq, təkəbbür, qürur günahlarının köklərini qurudar. Bu, salavatın xasiyyətidir".

Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) - təharət mənbəyidirlər. Belə ki, təsəvvür edin ki, bir stəkan suya əlinizin qanı tökülüb və onu nəcis edibdir. Əgər siz bu suyu dənizə və ya okeana töksəniz, həmin su öz nəcisliyini itirəcək və pak olacaqdır. Həzrət Peyğəmbər (s) və Əhli-Beyti (ə) də bu cür insanların günahını pak edir. Axı onlar sonsuz və pak rəhmət dənizidirlər ki, öz davamçılarına ancaq yardım edirlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.