Cəmiyyət

Həyətdə şəhid məzarları var: Məzarlara ev sahibi özü xidmət edir - VİDEO

12 Mart 2018 23:09
3 Şərh     Baxış: 2 108

Hacıqabul rayonu Qubalı Baloğlan kəndi ərazisindəki naməlum türk məzarlığına kənd sakini Nigar Əkbərova özü qulluq edir. Çünki məzarlıq elə bu qadının həyətində yerləşir. Qubalı Baloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Bu kənd Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara daha çox məruz qalıb. O vaxt şəhid olan 6 türk əsgəri, 6 yerli döyüşçünün məzarı Nigar Əkbərovanın həyətindədir.

Milli.Az bildirir ki, Nigar Əkbərova atasının ona tapşırdığı bu qəbirləri göz bəbyi kimi qoruyur. Məzarların üstünü daim silir, ətrafı kol kosdan təmizləyir.

Hazırda 12 məzarın yerində Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə abidə-kompleksi inşa olunub. Şəhid məzarları sakinlər də ziyarət edir.

Abidə-kompleksin divarına Qazi Nuru paşanın sözləri də həkk edilib. Həm Azərbaycanın, həm də Türkiyənin bayraqları ucaldılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həyətdə şəhid məzarları var: Məzarlara ev sahibi özü xidmət edir

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    asi · 12 Mart 23:2970

    Halal olsun nənəyə..Bizim torpaqlarımız uğrunda şəhid olan hər kəsin xatirəsi əzizdir...

    Cavab yaz
  • Anonim
    $.$.$. · 13 Mart 06:5720

    Qeyrətinə qurban olum ay nənə! bu səhər baxdım bu vidyoya kövrəldim və fəxr etdim ki Sizin kimi nənələrimiz var .Allah Sizə can saqlıqı versin canım nənə. bizim xalqın yolunda ŞƏHİD OLAN TURK VƏ AZƏRBAYCAN ƏSGƏRLƏRİNƏ EŞQ OLSUN! ALLAH RƏHMƏT ETSİN!!!

    Cavab yaz
  • Anonim
    Nurbanu · 13 Mart 07:4320

    Allah razi olsun Azerbaycan anasindan.Rebbim bu dunyada olarken neneye cenneti bexş edib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.