Cəmiyyət

Azərbaycanın müsbət saldosu: İxrac idxalı xeyli üstələyir - VİDEO

12 Mart 2018 22:59
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ixracı bu ilin ilk ik ayı ərzində idxalı 50 faizədək üstələyib. Nəticədə ticarət əməliyyatlarında müsbət saldo əldə olunub. Bu ilin növbəti aylarında Azərbaycanın xaricə məhsul ixracının daha da artacağı proqnozlaşdırılır. Bu isə əsasən yeni istehsal müəssisələrin yaradılması hesabına mümkün olacaq.

Milli.Az bildirir ki, yanvar-fevral ayları ərzində Azərbaycanda ticarət əməliyyatlarının həcmi 3 milyard 661 milyon dollar olub. Ən önəmli məqamlardan biri isə bu əməliyyatlarda ixracın idxalı 2 dəfəyə yaxın üstələməsidir. Belə ki, idxal əməliyyatları 1 milyard 451 milyon manat, ixrac əməliyyatları isə 2 milyard 210 milyon dollar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirir ki, ixracda bu üstünlüyün əldə edilməsinə səbəb həyata keçirilən iqtisadi islahatlardır.

Ramil Hüseyn bildirir ki, xüsusilə ixrac məhsullarının bəzi sahələri üzrə güclü artımlar qeydə alınıb.

Azərbaycan məhsullarının həcmi artdıqca onun satış bazarları da sürətlə genişlənməkdədir. Belə ki, öncələr ənənəvi bazarlar sayılan Türkiyə və Rusiya kimi ölkələrə ixracımız artmaqla yanaşı Çin, Mərkəzi Asiya ölkələri, eləcə də avropa ölkələrinə də məhsullarımızın ixracı genişlənməkdədir. Bu işdə xaricə yaradılan ticarət evlərinin, eləcə də tətbiqinə yenicə başlanan xarici ölkələrin Azərbaycana alıcı missiyalarının təşkili böyük əhəmiyyətə malikdir. Azərbaycanda həmçinin yeni yaradılan 43 aqropark xaricə kənd təsərrüfatı məhsullarının, Sumqayıtda yaradılan yeni sənaye müəssisələri isə kimyə məhsulları ixracının dəfələrlə artmasına səbəb olacağı proqnozlaşdırılır.bu isə ölkəyə daha böyük həcmdə xarici valyuta axınını təmin edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanın müsbət saldosu: İxrac idxalı xeyli üstələyir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.