Cəmiyyət

Məktəb bufetlərinə kim nəzarət edir? - VİDEO

12 Mart 2018 22:53
2 Şərh     Baxış: 2 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəb yeməkxanalarında qida standartlarına necə əməl edilməsi ciddi nəzarətdədir. Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Şahin İsgəndərov bildirib ki, bununla bağlı davamlı olaraq monitorinqlər aparılır.

Aparılan yoxlamaların nəticələri hələ ki, qənaətbəxşdir.

Şahin İsgəndərovun sözlərinə görə il ərzində 3 - 4 dəfə ciddi yoxlamalar aparılır. Yoxlamalar daha çox tədris ilinin əvvəlində və sonunda təşkil edilir.

Sektor müdiri vurğulayıb ki, qida standartlarına əməl etməməyə görə məsuliyyəti xidmət göstərənlər daşıyır.

Əgər məktəb bufetlərində xüsusilə qidalanma ilə bağlı neqativ hal yaşanarsa, o zaman Təhsil Nazirliyinin 146 saylı telefon məlumat mərkəzinə məlumat vermək tövsiyə edilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəb bufetlərinə kim nəzarət edir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.