Cəmiyyət

Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir - VİDEO

12 Mart 2018 22:47
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bölgələrdə, xüsusilə də ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Milli.Az bildirir ki, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb quraşdırılacaq və həmin məktəblər 31 rayonu əhatə edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, indiyə qədər bölgələrdə 100-dən çox modul tipli məktəb inşa olunub və 27 məktəbdə isə bu sahədə iş davam etdirilir. Artıq daha 4 rayonda belə məktəblərin quraşdırılması üçün vəsait ayrılıb.

Bu il, eyni zamanda, məcburi köçkünlərin oxuduqları bəzi məktəblərin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur. Bu məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, bir ay kimi qısa müddətdə istənilən relyefdə quraşdırıla bilməsi və asan daşınmasıdır. Şagird sayına uyğun sinif otaqları, kitabxanası və sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə bilər.

Dövlət başçısının tapşırığına əsasən, bu il ümumilikdə yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.