Cəmiyyət

Azərbaycan və İran birgə avtomobil istehsalına başlayır

12 Mart 2018 08:07
15 Şərh     Baxış: 3 668

Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "AzerMash" şirkətinin qurucusu Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, zavodun açılışı martın sonunda baş tutmalıdır. O qeyd edib ki, açılış mərasimində martın 28-də Azərbaycana səfəri planlaşdırılan İran prezidenti Həsən Ruhaninin iştirak edəcəyi gözlənilir.

Müəssisədə Dena, Rana, Soren, Samand markalı avtomobillərin, həmçinin Peugeot avtomobilin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukraynaya, Rusiyaya və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır.

Emin Axundov əlavə edib ki, hal-hazırda zavodda ehtiyat hissələrinin istehsal olunması imkanları müzakirə edilir.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin dəyəri ümumi 24 milyon manata bərabər olaraq qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

Milli.Az

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Davidoff. · 12 Mart 08:30150

    Zehmeti kecen her kese ugurlar!

    Cavab yaz
  • Anonim
    aaaa · 12 Mart 08:50114

    Heee Azsaman avtomobilinin ustunde novbeler var...indi de bu..

    Cavab yaz
    • Anonim
      aaaa-ya · 12 Mart 09:10211

      Yeni ish yerleri achilanda da sevinmirsiz, olkenin iqtisadiyyatinin guclendirilmesinde de sevinmirsiz, hazira nazir olmaq ancaq coxsunun konlundedir. Bu neqativ dusunce ile hara gedeceksiz axi? Hara???

      Cavab yaz
      • Anonim
        oxucu · 12 Mart 09:57040

        O maşınları köhnə model kimi Fransa hələ islam inqilabından qəbaq İrana soxuşdurmuşdu. İndi onlar da bizə sırıyır. Zavodu daha müasir modellər buraxan ölkələrlə(avropa və ya yapon firmaları) birgə qurmaq daha faydalı oıardı. Samandı 15 il bundan qabaq heç kim bəyənmirdi indi kim bəyənəcək.

        Cavab yaz
        • Anonim
          Rauf · 12 Mart 10:56219

          Problem ordadır ki, həmin maşınların ola bilsin təkər və qapılarını burda yerinə bağlayacaqlar, Simvolik olaraq nəyinisə istehsal edə bilərik.Və ən asası qiyməti 15000 manatdan aşağı olmayacaq, yuxarı olacaq.Necə olsa da təzə maşındır.15000 manata alman maşının yanında onun təzəsi heç maşına oxşamır.

          Cavab yaz
        • Anonim
          Asif · 12 Mart 15:43100

          Peugeot avtomobilin bir sıra modellərinin istehsal edilməsi yazilib.Sence o avropa dediyinin xeberi olmadan,muqavile baglanmadan istehsal etmek olar?sevinmekdense baltaliyirsiz.

          Cavab yaz
  • Anonim
    fotoqraf · 12 Mart 09:39230

    uqurlar o gun olsun ki azerbaycan oz avtomobilini istehsal etsin!!!!!!!

    Cavab yaz
    • Anonim
      Rauf · 12 Mart 10:58516

      O vaxt SSRİ-də deyirdilər ki, biz ABŞ-a çacacağıq və hətta onu ötəcəyik. Biri qayıdıb demişdi ki, çatın, amma ötməyin, çünki şalvardakı yamaqlar görünəcək.

      Cavab yaz
      • Anonim
        Aydlndl · 12 Mart 11:42020

        Rauf ilk like menden

        Cavab yaz
  • Anonim
    Aydlndl · 12 Mart 10:54321

    Sovet mawinlarlndan canlmlz qurtarmamlw kechduy iran mawinlarlna

    Cavab yaz
    • Anonim
      Rauf · 12 Mart 12:01118

      Bir like də məndən.

      Cavab yaz
  • Anonim
    Lale · 12 Mart 14:49130

    Veten xainleri. Niye ele salirsiz. En az 100 nefer orda işleyib ailesin dolandiracaq. Neyi pisdir axi.

    Cavab yaz
  • Anonim
    Lale · 12 Mart 14:51140

    Beyem her şeyi xaricden almaliyuq. Niye oz maşinimiz olmasin axi? Xarice pul gondermekden xoşunuz gelir?

    Cavab yaz
  • Anonim
    Lale · 12 Mart 14:57120

    Her bir iş yeri bir ailenin çoreyi demekdi. Xeyrli olsun. Amin

    Cavab yaz
  • Anonim
    Rauf · 12 Mart 15:16413

    Naxçıvanda da bir avtomobil zavodu var idi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.