Cəmiyyət

İqtisadi inkişaf insanların rifahında birbaşa əks olunur - VİDEO

11 Mart 2018 23:52
Baxış: 1 468

Milli.Az bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Gündəm" verlişinin qonağı olub.

Azərbaycan sosial dövlətdir və iqtisadi inkşafın məhz vətəndaşların rifahında əks olunması əhalinin sosial müdafiəsi sisteminin necə qurulması və və bu sistemin necə işləməsindən bir başa asılıdır. Məhz bu sahədə görülən işlər habelə əmək haqları, pensiya və müavinətlərindəki son artımlarla bağlı suallarımızı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cavablandırıb.

Gündəmə çıxardığımız digər məsələ isə Ermənistandakı seçkilərdir. Bu siyasi dəyişiklər hər nə qədər formal görünsə də təhlil ediləsi kifayət qədər məsələlər var. Belə ki, prezident seçkilərindən sonra indi diqqətlər Serj Sarkisyanın növbəti addımlarınnın nələr olacağına yönəlib. Bu seçki oyununun Sarkisyanın öz rejimini qorumasına hesablanması heç kimdə şübhə doğurmur. Amma iş burasındadır Serj Sarkisyan paralel olaraq Rusiyaya da müəyyən mesajlar vermək istəyir. Elə buna görədir ki, Ermənistanda baş verənlər indi Moskva tərəfindən daha diqqətlə izlənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İqtisadi inkişaf insanların rifahında birbaşa əks olunur

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.