Cəmiyyət

Sürücülərə şad xəbər - VİDEO

11 Mart 2018 23:43
3 Şərh     Baxış: 4 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə yeni tunel qazılır, bərkitmə işləri həyata keçirilir. Milli.Az bildirir ki, görüntlər Bakı Olimpiya stadionun qarşısındadır. Ziya Bünyadov prospekti ilə Hava limanı yolunu birləşidrəcək yeni tunelin inşası davam etdirilir. Artıq yolun hər iki tərəfindən tunel qazılıb əsas işlər Hava limanı yolunun altında qalıb.

Hazırda bu ərazidə yolun iki zolaqı bağlanılıb və bu yerdə tunel qazılaraq üstü örtülür. Növbəti mərhələdə bu zolaqlar istifadəyə veriləcək və digər zolaqlarda hərəkət bağlanacaq.

Bundan başqa Zabrat istiqamətinə dönən avtomobillərin tuneldən çıxacaq maşınlara mane olmaması üçün yeni yolda salınır.

Həm yolun həm də tunelin istifadəyə veriləcəyi vaxt da bəllidir.

Qeyd edək ki, 2 zolaqdan ibarət olacaq yeni tunelin tikilməsində əsas məqsəd günün pik saatlarında Koroğlu metro stansiyasının ətrafında yaranan sıxlıqın aradan qaldırılmasıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərə şad xəbər - 11.03.2018

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.