Cəmiyyət

Bayramqabağı ev quşları bazarında canlanma var - VİDEO

11 Mart 2018 22:22
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramnına az qalmış ev quşlarına tələbat artıb. Buna görə qiymət artımı müşahidə olunur.

Bərdə bazarnda daha cox qiymət artımı kəndlərdə bəslənən toyuqlardadır. Əvvələr 6-7 manata satılan kənd toyuğu indi bazarlarda 8-10 manata təklif edilir.

Milli.Az bildirir ki, hinduşka, qaz və ördəklərin alıcısı çoxalıb. Bayram ərəfəsində insanlar bu quşlara daha çox üstünlük verir.

Bayramqabağı Cəlilabadda da bəzi ev quşlarının qiymətlərində artım müşahidə olunur. Satıcıların sözlərinə görə bahalaşmaya səbəb təlabatın çox olması ilə əlaqədardır. Artım özünü daha çox hinduşkada göstərir. Qiymət orta hesabla 5 manat artıb.

Toyuğun qiymətində də artım müşahidə edilir. Əvvəllər 1 kq çəkidə olan toyuq 7 manata təklif olunurdusa, indi 8-9 manata satılır.

Bazarlarda həyətdə bəslənən toyuqlarla yanaşı broyler toyuqları da satılır. Onların qiymətində isə artım yoxdur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.