Cəmiyyət

DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb - VİDEO

11 Mart 2018 22:35
1 Şərh     Baxış: 2 584

Tarix muzeyinin binası, qız qalasının yanındakı binalar və içərişəhərdəki binaların çoxu. Milli.Az bildirir ki, Bakıda 50-dən çox belə tarixi bina qırmızı kitaba salınıb...

Əmlak eksperti Nofəl Qulıyev bildirir ki, bu binaların böyük önəm daşımasının əsas səbəbi onların tanınmış avropalı memarlar tərəfindən inşa olunması və bu tikintilərin Azərbaycanda ilk neft çıxarılması dövrünə təsadüf etməsidir. Həmin binalar 1850-ci ildən sonra tikilib və yaşı da 150-dən çox olduğuna görə qanunla tarixi abidə kimi qorunur. Bu binaları digərlərindən fərqləndirən başqa özəlliklər də var.

Ekspertin sözlərinə görə bir çox turistlər Azərbaycana səfər etməzdən öncə müxtəlif kataloqlardan tarixi binaları xüsusilə seçirlər. Buna görə istənilən ölkədə olduğu kimi, Azərbaycanda da turistlərin ən böyük maraq dairəsində olan tarixi binalar xüsusi diqqət mərkəzində saxlanılır, mühafizə edilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu binalar qırmızı kitaba salınıb

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    adam · 12 Mart 10:0000

    Niyə Milli xüsuyyətlərinə görə yox, məhz avropalılların inşa etdiklərinə və turistlərin xoşuna gəlməyə görə bu binalar qorunur. Axı onlar həm də bizə, azərbaycanlılara lazımdır. Tarixi özündə əks etdiridiklərinə görə, həmd nümunəvi tikili olduqları üçün. Bizimkilər həmişə başq millətləri özümüzdən çox fikirləşirər. Məyus oldum.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.