Cəmiyyət

Axirətdə Rəsulallahın yoldaşı olmaq üçün nə lazımdır?

13 Mart 2018 22:20
9 Şərh     Baxış: 1 150

Hər kim əziz Peyğəmbərimizlə axirətdə yoldaş olmaq istəyirsə, gərək alimə ehtiram qoysun. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur:"Hər kim alimlə görüşməyə gedər, ona bənzəyir ki, məni ziyarət etmişdir.

Hər kim alimə əl verər, ona bənzəyir ki, mənə əl vermişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim alimin yoldaşı olar, ona bənzəyir ki, mənimlə bir məclisdə olmuşdur.

Hər kim dünyada mənimlə yoldaş olar (həmməclis) olar - axirətdə də mənim yoldaşım olacaqdır".

Bəs xoşbəxt insan kimdir? Həzrət Peyğəmbər (s) bu barədə buyurur: "Xoşbəxt o kəsdir ki, neməti əbədi olan axirət evini əzabı sonsuz olan fani evdən üstün bilər. İxtiyarında olan şeylərdən gedəcəyi ev üçün qabaqcadan göndərər".

Eyni zamanda, mübarək dinimiz çatdırır ki, alimlərin müvafiq tanıtımı olmasa, onlar vətənlərində də qərib olarlar. İmam Cavad (ə) buyurur: "Alimlər, cahillərin çox olmasına görə qəribdirlər".

Bununla yanaşı, dinimiz buyurur ki, alim və ya cahil olmasından asılı olmayaraq, insan lüzumsuz yerə danışmamalıdır. Sükutun dəyərinə aid hədisdə İmam Sadiq (ə) buyurur: "Alim və ya cahil olsan - sükutu seç ki, səbirli hesab olasan. Çünki sükut - alimlərin yanında zinət, nadanların yanında örtükdür".

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    mən · 13 Mart 23:16240

    İmam Əli (əleyhis-salam) buyurur:«Sükut fərasətin əlaməti və ağlın meyvəsidir.» (Ğurərul-Hikəm, hədis 1343)

    Cavab yaz
  • Anonim
    mən · 13 Mart 23:21240

    İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: "Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, İlahi, nə üçün hər bir şeydən çox mənə əzab verdin. Ona deyilər ki, sənin dediyin bir söz yerin şərqini və qərbini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu və camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma, bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam."

    Cavab yaz
  • Anonim
    mən · 13 Mart 23:22240

    İmam Əli (ə) buyurmuşdur: "Sözü nə qədər ki, deməmisən, o sənin ixtiyarındadır, elə ki, danışdın, sən onun ixtiyarında olursan. Buna görə də dilini qızıl-gümüşün kimi qoruyub saxla. Çünki çoxlarının bir kəlmə yersiz danışması böyük bir neməti əlindən alıb, onun başına dərd-bəla gətirmişdir."

    Cavab yaz
  • Anonim
    inşallah · 13 Mart 23:58200

    Vətən və Din uğrunda şəhid olan müsəlman cənnətdə Peyğəmbərin yanında olar.

    Cavab yaz
  • Anonim
    elvin · 14 Mart 00:5440

    Peyğəmbərimiz mühəmmədin (ona Allahın salavatı və salamı olsun ) nəyi qadağan edibsə bizdə o şeyləri qadağan etməliyik.Quranda.Allah. deyir Peyğəmbər sizə nə veribsə onu götürün.nəyi qadağan edibsə ondan çəkinin.Allahdan.Qorxun

    Cavab yaz
  • Anonim
    elvin · 14 Mart 01:0840

    Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun ) həm sevənlər həm. ona inananlar. həm ona çoxlu salavat gətirənlər.həm çox namaz qılanlar.həm.Allahı.çox zikr edənlər.həm Ramazan orucunu tutanlar.həm yaxşı işlər görənlər.həm ata-anaya yaxşılıq edənlər.həm qohum qonşuya yaxşılıq edənlər.onlar əsil müsəlmandır.onlar cənnətdə Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun ) bir herdə olanlardır

    Cavab yaz
  • Anonim
    elvin · 14 Mart 01:1040

    Möminlərin əmri.Əli ibn abu talib də bizim qardaşımızdır

    Cavab yaz
  • Anonim
    elvin · 14 Mart 01:2640

    İmam hüseyn də bizim qardaşımızdır.imam hüseyn cənnət ağasıdır

    Cavab yaz
  • Anonim
    Niklərə · 15 Mart 10:18020

    Halva-halva deməklə ağız şirin olmur. Gedin görün sizləri cənnətə buraxan varmı. Sonra növbəyə düzülün. Yolunuz açıq olsun. Kserks.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.