Cəmiyyət

"Ölkəmizdə sosial müdafiə sahəsinin inkişafı yüksələn xətt üzrə davam edir"

11 Mart 2018 19:20
Baxış: 572

"Ölkəmizdə  sosial müdafiə sahəsinin inkişafı yüksələn xətt üzrə getməsi təkzibolunmaz reallıqdır". Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycanda  iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritetli sahəsi kimi diqqət mərkəzindədir.

"İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin siyasətinin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir" - deyə, deputat qeyd edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.