Cəmiyyət

"Azərbaycan MDB məkanında yeganə ölkədir ki..."

11 Mart 2018 19:39
Baxış: 880

"Azərbaycan MDB məkanında yeganə ölkədir ki, müstəqillik əldə etdikdən sonra 1996-cı ildən başlayaraq indiyə kimi hər ili kənd təsərrüfatında ümumi məhsul istehsalının artımı ilə  başa vurur. Bu uğurlu nəticələrin əldə edilməsi isə hər şeydən əvvəl ölkə rəhbərlərinin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqətlə  bağlıdır". Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatının və onunla bağlı aqrar-sənaye kompleksinin digər sahələrinin müasir tələblər səviyyəsində birgə inkişafının təmin edilməsi üçün elmi əsaslara söykənən  ardıcıl  siyasət yeridilir.

"Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalına çəkilən xərcin bir hissəsinin dövlət vəsaiti hesabına ödənilməsi, məhsul istehsalının dinamik artımına nail olunması üçün dövlət tərəfindən onlarla qanun,   fərman və sərəncam imzalanıb. Kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması haqqında 2001-ci ildən tətbiq edilən qanunun qüvvəsinin  2018-ci ilin sonuna kimi uzadılması fermerlərə 2 milyard manatdan çox  dövlət büdcəsinə ödəniləcək vəsaitin onların sərəncamında qalmasına və istehsalın genişləndirilməsinə sərf etməyə imkan verir. Hazırda buğda və çəltik  səpininə, əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, təkrar əkinlərə, əkinçilikdə istifadə edilən mineral gübrələrə və pestisidlərə görə fermerlərə dövlət büdcəsindən subsidiya verilir. Eyni zamanda yüksək reproduksiyalı toxum və tinglər, pambıq, barama, şəkər çuğunduru,tütün istehsalına   görə  də istehsalçılara əlavə subsudiyalar ödənilir. Bunun nəticəsidir ki, təkcə 2017-ci ildə fermerlərə  200 milyona yaxın subsudiya ödənilib" - deyə, komitə sədri vurğulayıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.