Cəmiyyət

Azərbaycanın tank sürən hərbçi qızları - FOTO

11 Mart 2018 14:36
5 Şərh     Baxış: 1 882

Azərbaycan Sərhəd Qoşunlarının T-72AB müasir tankının qadın ekipajı hərbi maşını məharətlə idarə edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Vestnik Kavkaza" məlumat yayıb.

Nəşr xatırladır ki, Azərbaycanın Sərhəd Qoşunları müasir hərbi texnika, o cümlədən döyüş meydanında müasir manevrləri ilə əminliklə liderlik edən Rusiyanın T-72AB tankları ilə tamamilə təchiz edilib. Amma onları məhz qızların idarə etdiyi ilk dəfədir məlum olub.
Nəşr vurğulayır ki, yəqin, dünyada heç bir sərhəd qoşunları Azərbaycanın Sərhəd Qoşunları kimi belə yaxşı silahlanmayıb:

"Azərbaycanın qadın tankçılarının hazırlıq səviyyəsi isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir. Bu da təbiidir. Axı bu elit bölməyə düşmək elə də asan deyil-onlar öz bacarıqlarını güclü cinsin təmsiçilərinə daim göstərməli olurlar".

Xatırladaq ki, T-72 "Ural" SSRİ-nin əsas tanklarının ikinci nəslinin ən kütləvi döyüş maşınıdır. T-72 Nijni-Taqildəki Ural Vaqon Zavodu tərəfindən hazırlanır və istehsal olunur. SSRİ Silahlı Qüvvələrində silahlanmaya 1973-cü ildə qəbul edilib. "Ural" MDB ölkələrinin silahlanmasında özünəməxsus yer tutur. Varşava Müqaviləsi ölkələrinə, eləcə də Finlandiya, Hindistan, İran, İraq və Suriyaya ixrac edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    $.$.$. · 11 Mart 14:5231

    Halal olsun ! Qəhrəman qızlarımıza eşq olsun!

    Cavab yaz
  • Anonim
    Roya · 11 Mart 14:5730

    Aslanin erkeyi disisi olmaz.

    Cavab yaz
    • Anonim
      Royaya · 11 Mart 15:2542

      aslanın erkəyi dişisi olmaz, ama insanın olar.

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 11 Mart 21:4100

    Inşallah bu qızlarla itrilmiş torpaqlarımız geri alınar.azerbaycanın qızları oğlanları qeder igid,qoçaqdırlar

    Cavab yaz
  • Anonim
    Süleyman · 12 Mart 23:5900

    Nəyə görə T-72 tanklarını müasir sayırsınız? İndi hətta T-90 müasiir tank sayılmır. Yəqin sizin burada şərhlər yazan savadsız gənclərin təriflərinə ehtiyacınız var, ancaq belə təriflərlə iş düzəlmir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.