Cəmiyyət

İtkin alpinistlərin axtarışından yeni XƏBƏR: “Hər yerə hətta təkrar baxılıb”

11 Mart 2018 13:40
13 Şərh     Baxış: 8 127

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar" Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

Milli.Az xəbər verir ki, "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı modern.az-a bildirib ki, axtarışlar nəticəsizdir:

"Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib".

Z.Qasımlı deyib ki, axtarışlar növbəli şəkildə davam etdirilir:

"8 gündən 1 növbə dəyişilir. Çünki çətin və soyuq hava şəraitdə davamlı işləmək olmaz. Buna görə də axtarışlar növbəli şəkildə aparılır. Rəsmilərin sözlərinə görə, axtarışlar onlar tapılanadək davam etdiriləcək". 

23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. 

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    QQ · 11 Mart 13:4450

    Ən qorxdugum versiya ilk gündən o uşaqların ögurlanmasl versiyasıdır .Niyə bu versiyalar isti izlərlə yoxlanılmır ?

    Cavab yaz
    • Anonim
      Riko · 11 Mart 14:0180

      Oğurlansaydılar hər halda ailə üzvlərindən pul istiyərdilərdə , sağ qalmaqlarına inanmasamda Allah hər şeyə qadirdir bəlkə möcüzə oldu sağsalamat tapıldılar amma sağ qalsaydılar xəbər verərdilər ((((((((

      Cavab yaz
  • Anonim
    Elxan · 11 Mart 14:0195

    "Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib".Əgər sənin məntiqinlə nəticə çıxarsaq,onları Bakıda axtarmalıyıq.Necə yəni hər yerə baxılıb!?Deyə bilərdin ki,"gümanımız gələn yerlərə baxmışıq heç bir nəticə yoxdur".İnsan buxarlanıb yox ola bilməz axı!!! Deməli hər yerə baxılmayıb.

    Cavab yaz
    • Anonim
      Melek · 11 Mart 15:1780

      Niye ele deyirsizki?duz torpag ustunde itmiiyiblerki olar qarl8 yerdi ucqun ola biler,olar qarin altinda qaliblar.ele olan halda nece tapsinlar ?belkede nece defe olar olan yerden kecilib ama gormuyubler..

      Cavab yaz
  • Anonim
    ```` · 11 Mart 15:3060

    Bunlar sanki ruh kimi goylere uublar(((

    Cavab yaz
  • Anonim
    Ulker · 11 Mart 16:1280

    Cox teeccubludur,eger her yere tekrar baxilibsa, ve hele de iz tapa bilmirlerse,onda belke onlar hec daga cixmayiblar.

    Cavab yaz
  • Anonim
    mahi · 11 Mart 18:1160

    Allah bir mocuza gostersin.saq salamat tapilsinlar

    Cavab yaz
  • Anonim
    mahi · 11 Mart 18:1323

    Balka yad planetlilar oqurlayb.yoxsa iyna olub yere batmadilarki

    Cavab yaz
    • Anonim
      ., · 11 Mart 22:2311

      Mende bu versiyanin uzerinde qaliram

      Cavab yaz
  • Anonim
    mamuska · 11 Mart 20:2731

    ,,4 ay vardi ananin gozleri yol cekirdi,basqa bir derdi yoxdu,ogul derdiydi derdi.yeremi batdi oglum,goyemi cixdi oglum.yoxsa men yanilmisam,ezelden yoxmus oglum,,-serhi oxuduqda ani olaraq Suleyman Rustemin bu meshur seri yadima dusdu.Yene uca Allah ozu rehm etsin,onlarin cavanliqlarina ve onlari gozleyen valideynlerine xatir.Amin.

    Cavab yaz
    • Anonim
      Türkan · 12 Mart 03:1601

      Eh....14 il əvvəl anamın(dil ədəbiyyat müəllimi dir) Süleyman Rüstəm xatirəsinə həsr etdiyi tədbirdə həmin bu Ana və poçtalyon şerinin səhnəciyində aparıcı rolunda çıxış eləmişdim. Necə əzbərləmişdimsə şeri başdan ayağa hələdə əzbər yadımdadı. ....Qaldıki alpinistlərə ay canlarım bu yeni xəbər deyil axı(((((( Tapın sonra fəxrlə bəzəyib düzəyib təzə xəbər adıyla ictimaiyyətə təqdim edin...Qar hər yerdə var da amma Rusiya bizdən sonra itirdi də tapdı da....Necə cəld tapdılar. Amma biz....nə isə təki sağ salamat olsunlar...Amin

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 11 Mart 21:3650

    Allahdan ümid kesilmez,belkede sağdılar.nedense men hemişe onlar haqqında fikirleşende yalnız onların sağ olmaları gelir ağlıma .kaş bu düz olaydı

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Mart 22:4621

    Belke de vehshi heyvanlar yeyib ola biler Amma Allah elemesin kash saq tapilalar bir mocuze seklinde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.