Cəmiyyət

"Ali təhsil müəssisələrinin etməli olduğunu DİM edir"

11 Mart 2018 13:27
0 Şərh     Baxış: 1 249

Azərbaycanda peşəkar, ixtisasını bilən kütləvi müəllim ordusunun formalaşmasında TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi (DİM)) rolu var.

Milli.Az-ın modern.az-a istinadla məlumatına görə, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O deyib ki, məhz repititor kimi qəbul imtahanlarına abituriyent hazırlaşdıran müəllimlər ixtisasını daha dərindən mənimsəyir, üzərində çalışır, yenilikləri öyrənir, testlər hazırlayır:

"Amma repititorluqla məşğul olmayan müəllimlər bunun az hissəsini edir.
DİM indi də yeni standartlar əsasında həm özü üçün, əsas da müəllimlərin uzun müddət ərzində başa düşmədiyi kurikulum ilə müəllimlərin təliminə - marker təliminə başlayıb. Əlbəttə ki, bu təlimlər ödənişlidir. 100 manatdır. Əslində normal qiymətdir".

K.Əsədov qeyd edib ki, DİM-in təşkil etdiyi təlim faydasız olmaz:

"Əsas da məhz onlar hansı standartlardan qəbul imtahanlarında istifadə olunacaq, qiymətləndirmə meyarları kimi vacib nüanslar təlim iştirakçılarına öyrədiləcək. 
Qısası, əslində ali təhsil müəssisələrində öyrədilməli olanı DİM öyrədəcək. 
Çünki orta məktəb müəllimləri bu standartların tələblərinə uyğun demək olar ki, tədrisi qura bilmir və ya düzgün tətbiq etmir. 
Pedaqoji kadrların hazırlanması ilə məşğul olan universitetlər kurikulum barədə ya dərs keçmir, yada işini ancaq standartları əzbərlətməklə bitmiş hesab edir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.