Cəmiyyət

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

11 Mart 2018 09:10
0 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarında dəyişikliklər edib

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, qərarın 1 və 2 nömrəli əlavələri aşağıdakı redaksiyada tədiq edilib:

1 nömrəli əlavə - "Ayrı- ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" və 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

Aşağıda qeyd olunan 1 nömrəli əlavə ləğv edilib:

"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" və 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.