Cəmiyyət

Ölkədə mebel istehsalı artıb

11 Mart 2018 08:45
1 Şərh     Baxış: 1 179

Azərbaycanda mebel istehsalı sənayesində artım qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu artım ötən il qeydə alınıb. Belə ki, 2017-ci ildə ölkədə 66,5 milyon manat dəyərində mebel istehsal olunub.

Qeyd edək ki, bu göstərici 2016-cı il üzrə göstərici ilə müqayisədə 16,2 faiz artım deməkdir.

Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunub ki, ölkədə mebel istehsalı həm daxili, həm də xarici bazarın tələbatlarını ödəyir.

Ümumilikdə isə hesabat dövründə 147,2 milyon manat dəyərində ağac emalı, kağız və karton istehsalı qeydə alınıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    aaa · 11 Mart 19:3600

    Artim olsa da...qiymetler od qiymetinedir..bizde istesalda biznesde reqabet olmadigi halda hec qiymet endirimi ola bilmez

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.