Cəmiyyət

Piyada haqlıdır, yoxsa sürücü - qanun nə deyir? - VİDEO

10 Mart 2018 22:12
1 Şərh     Baxış: 1 443

Bakı şəhəri 47 nömrəli tam orta məktəbin qarşısında, Azadlıq prospektində piyada zolağı ilə hərəkət edən insanlar hər gün təhlükə ilə üzləşirlər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, səbəb burda piyada keçidinin olduğunu bildirən xəbərdarlıq nişanın olmamasıdır.

Ərazidə xəbərdarlıq nişanının olmaması sürücüləri çaşdırır. Belə vəziyyətdə nəqliyyat vasitəsi piyadanın hərəkət sürətini və istiqamətini dəyişməyə məcbur edir. Bu isə piyadalarla sürücülər arasında mübahisəyə səbəb olur. Bu durumda piyadalar piyada keçidini qaçaraq keçmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Yol hərəkəti haqqında qanunun 40-cı maddəsində qeyd olunur ki, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

Hər bir halda sürücülərlə yanaşı piyadalar da Yol hərəkəti haqqında qanuna əməl etməlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Piyada haqlıdır, yoxsa sürücü - qanun nə deyir?

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fht · 11 Mart 20:3200

    bura yeustu kecid lazimdi.basqa gunahkar axtarmaq lazim deyil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.