Cəmiyyət

“Bəzi həkimlər məktəbli qızları əxlaqsızlığa cəlb edirlər” - Millət vəkili

10 Mart 2018 21:16
15 Şərh     Baxış: 3 102

Təhsil eksperti Kamran Əsədov yerli KİV-ə açıqlamasında son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını, abort etdirənlərin xüsusilə 9, 10, 11-ci sinif şagirdləri olduğunu bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  ekspertin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Millət vəkili Fazil Mustafa da məsələyə biganə qalmayıb. O, bu hadisədə həkimləri günahlandırıb.

"Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib. Bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər. Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir.

Özümüzü statistik rəqəmlərlə aldatmayaq. Bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq", -deyə deputat qeyd edib.

Milli.Az

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Tovuzlu E · 10 Mart 21:23101

    Millet vekilinin de dediyi kimi bu reqemler hele bilinendi Qizlarla oglanlarin ayri ayri tehsil almasi tamamile yanlis fikirdi

    Cavab yaz
    • Anonim
      G · 10 Mart 22:07101

      Haqlisiz.19cu esre geri qayidiriq

      Cavab yaz
  • Anonim
    Edik · 10 Mart 22:0580

    Ailelerin yawami ve geleceyi esgiden olduqu qaydada olsa daha yaxwidi .biz ozmuzu ve geleceyimizi qorumaliyiq.

    Cavab yaz
  • Anonim
    Edik · 10 Mart 22:0690

    Evladlari qoruyaq.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 10 Mart 22:5452

    Sosyalizm yaxwldl

    Cavab yaz
  • Anonim
    Müəllimə · 11 Mart 02:02121

    Görəsən bu statistika ona hardan məlumdu...Qəti inandırlcı deyil...Demirəm ki,neqativ hallar yoxdu...Amma bu məlumat həqiqətə uyğun deyil..Ola bilməz! Rəsmi statistika göstərilsin!!!

    Cavab yaz
    • Anonim
      Riko · 11 Mart 14:2328

      Ay müəllimə sənki savadlısan hər xəsdəxanada xəsdələr üçün xəsdəlik kağızı açıldığını və hər şeyin orda qeyd olunduğunu nujeli bilmirsən ???? Ordan bilirdə statiskanı , qeyd olunmuyanlarda xəsdəxanalarda yox başqa yerlərdə abort etdirir bəzi həkimciklərin sayəsində.

      Cavab yaz
      • Anonim
        Riko · 13 Mart 01:4230

        Uyda bu nə disliklardı , mən adını müəllimə qoyub ama elmdən xəbəri olmuyan insana şərh ünvanlamışam ,qalan heçkimə bu haqqda bilmədikləri üçün savadsız sözünü deməmişəmki bu qədər dislike olunum , heçkim alim deyil heç kəs hər şeyi bilə bilməz .

        Cavab yaz
  • Anonim
    Müəllimə · 11 Mart 02:0692

    Qızlarla oğlanların ayrılıqda təhsil alması kökündən yanlışdı... Buna qəti yol vermək olmaz...

    Cavab yaz
    • Anonim
      Kamil · 12 Mart 09:2080

      Duz deyirsiz.elebil iran,erebistandi.bu fikirler kokunden sehvdi

      Cavab yaz
  • Anonim
    Resid-32 · 11 Mart 05:4949

    Bu millet vekili heqiqten vetenperverliyi ile basqalarindan her zanan secilir, basa dusenler bunu onun her semimi cixisindan hiss ede biler. Qaldi ,,statistikaya" elbetde bu hele butun korlanan azyasli qizlarin siyahisi deyil. Bu yalniz bilinen, ve deyildiyi kimi aborta gedenlerin sayidir. Dehset bir sozle!

    Cavab yaz
  • Anonim
    Nardaşa · 11 Mart 08:3191

    Hər millət vəkili ildə bircə dəfə mərifətli təliflə çixış eləsə ,bütün qeyri işləri kənara qoyub ,Azərbaycan dünyanın ən demokratik ,nümunəvi dövlətlərindən biri olar .Gəlin hamılıqla buna çalışaq ki ,beynəlxalq aləmdə də üzümüz ağ olsun !

    Cavab yaz
  • Anonim
    Eliya · 11 Mart 12:49100

    Bu belə olmaz bu düzgün informasiya deyil biz valideyin ləri həyəçanlandırır .məktəb təlim tərbiyə təhsil oçagı bilib uşaqları göndəririk .bunun qarşısı alınmalıdı .məktəbdirektoru olmaqdan ötrü bir birinin üzünə dururlar hər şeyi qoyurlar bir yana dəstə düzəldirlər bilmirsən kimə inanasan .sonra nə olursa uşaqlara olur.Allah göstərməsin bu tək tək qəza olabilər yoxsa 1000-2000 inandırıçı deyil.heç olmasın.

    Cavab yaz
    • Anonim
      Riko · 11 Mart 14:2928

      Ehhh dünyadan xəbəriviz yoxduye, nələr eşidirik bilsəz şok olarsız, sadəcə uşaqlarla dost olmalıyıq, nəzarət çox güclü olmalıdı ama uşağada güvənsizliyinizo hiss etdiməməlisiz ,teknologiya inkişaf etdikcə hər şey adiləşir ,insanlar dəyişir ,ehtiyatlı olmaq lazımdı,məktəb seçiminə qaldıqda isə o məktəbdəki hər dərsdə kalidorlarda nəzarətçilər gördüz tez o məktəbdən yapışın .

      Cavab yaz
  • Anonim
    Muhamməd ümməti · 12 Mart 20:4810

    Bir haldaki əlimizdəki telefonla istənilən sayta girilə bilirsə buda insanların 99faizində var insanları pozanda elə bu saytlardı istər qız istər olan sekis saytlarına cox asanlıqla girir dağılan ailəlırdə bura aiddir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.