Cəmiyyət

Bu gün Milli Teatr Günüdür - VİDEO

10 Mart 2018 20:57
0 Şərh     Baxış: 397

Bu gün Azərbaycan teatrı yaranmasının 145-ci ildönümünü qeyd edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Xalq artisti Nurəddin Mehdixanlı deyir ki, bu gün həm də teatr sevənlərin bayramıdır.

56 ilini teatra həsr edən xalq artisti Rafiq Əzimov deyir ki, bu illər ərzində bir kitab yazılası unudulmaz xatirələləri var. O bildirir ki, illərin təcrübəsinə baxmayaraq indinin özündə də tamaşaçı qarşısına çıxdıqda həyəcanlı olur.

Digər sənətlərlə müqayisədə teatr daha canlı, orqanik və proqressiv hesab edilir. Həm tamaşaçı, həm də aktyor eyni tamaşanı fərqli vaxtlarda müxtəlif cür qavraya və yaşaya bilər.

Əməkdar artist Sabir Məmmədov isə deyir ki, aktyor üçün ən çətini tamaşaçı sevgisini qazanmaqdır. Aktor üçün ən dəyərli şey tamaşa bitdikdən sonra tamaçaşıların alqışıdır.

Aktyorlar bildirirlər ki, Azərbaycan teatr sənəti getdikcə daha da inkişaf edəcək və ölkə mədəniyyətinin ayrılmaz parçası olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
10 Mart - Milli Teatr Günüdür

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.