Cəmiyyət

Bu il İsmayıllıda sarımsaq bol olacaq - VİDEO

10 Mart 2018 20:36
3 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda fermerlər payızda əkilən sarımsağın yığımına hazırlaşır. Hazırda sahələrdə qızğın iş gedir, torpaq yumşaldılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Mincivan kəndində 100 hektar sahədə sarımsaq yığımına hazırlıq işləri görülür. Sarımsaq əkini üçün yumşaq, keçiriciliyi normal, qida maddələri ilə zəngin olan torpaq sahələri seçilib. 40-a yaxın sahibkar sarımsaq yığımı ilə bağlı işlər görür.

İki ildir əkilən sarımsaq sahəsində bu il məhsuldarlığın ötənilkinə nisbətən bol olacağı gözlənilir. Hava şəraitinin əlverişli keçməsi bu il 1 hektardan 10 ton sarımsaq götürməyə imkan verə bilər. Ötən ilin payız aylarında əkilən sarımsağın bu ilin may-iyun aylarında yığılması nəzərdə tutulub.

Hazırda sahədə sarımsaqların dibləri boşaldılaraq alaq otlarından təmizlənir. Yığılan məhsulun daxili bazarda kiloqramının 3 manata satılacağı nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il İsmayıllıda sarımsaq bol olacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.