Cəmiyyət

Yevlaxda otlağı unikal "mühafizə" etdilər - VİDEO

10 Mart 2018 20:24
0 Şərh     Baxış: 711

Yevlax sakinləri heyvan otarmaq üçün maraqlı bir üsul seçiblər. Onlar heyvanların otlaq sahələrinin ətrafina elektrik cərəyanı yüklü naqillər çəkiblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Yevlaxda mal-qaranı fərqli bir üsulla otarırlar. Burada yüzlərlə iribuynuzlu heyvan naxırçısız otlayır. Ərazinin magistral və dəmiryol xəttinə yaxın olması da heyvan sahiblərini qorxutmur.

Söhbət Yevlaxın Hürüuşağı kəndindən gedir. Bu yaşayış məntəqəsinin sakinləri mal-qaranı otarmağa əlavə vaxt sərf etmirlər. Çünki həmin işi kiçik qurğu həyata keçirir. Heyvanların otlayacağı ərazinin ətrafına naqillər çəkilir. İribuynuzlu heyvanlar ora salındıqdan sonra həmin məftillərə az miqdarda elektrik enerjisi ötürülür.

Məftillərə toxunan mal-qara ürkdüyü üçün bir daha həmin xəttə yaxınlaşmır. Mal-qara sahiblərinin işini asanlaşdıran qurğu 50-60 manata başa gəlir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yevlaxda otlaq sahəsini elektrik cərəyanı yüklü naqillərlə əhatəyə aldılar

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.